Noyabrın 6-sı axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində, Tbilisi prospektində 170 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu aşıb.
Qəza nəticəsində 8 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
İnformasiya şöbəsi


