e-abdullayev2

Azərbaycanda tükürpədici cinayətlər baş verməkdədir

Biz bu cinayətlərdən hələ onda biri haqqında belə məlumatlı deyilik

Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin açıqlamaları adam oğurluğu ilə bağlı cinayətləri də yenidən gündəmə daşıyıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsinin keçmiş dekanı, hazırda mühacirətdə olan Sədiyar Zeynalov əməkdaşımıza maraqlı bir fakt açıqlayıb. Onun dediyinə görə, Azərbaycanda adam oğurluğu ilə bağlı cinayət faktlarının sayı yüzlərlədir. O deyib:

“Adam öğurluğunun, itkin düşmənin və adam öldürmənin maştabı faktiki olaraq Hacı Məmmədovun məhkəməsindən bizə məlum olandan qat-qat çox olmuşdur. Yalnız mənim dekan işlədiyim bir fakültədə üç tələbə oğurlamışdı. Onlardan yalnız birinin vaideyni dövlət orqanlarına rəsmən müraciət etmişdi. Onda da banditlər onun sifətini eybəcər hala salmışdılar.

Oğurlanan tələbələrin sayı isə bəlkə də daha çox idi. Tələbələrin heç də hamısı üzləşdiyi fəlakəti dekanlıqla bölüşmürdü”.

S. Zeynalovun açıqladığı bu fakt onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanda baş verən dəhşətli cinayətlərin yeni seriyasının üstü açılacaq.

İnformasiya şöbəsi