Maliyyələşdirmənin ixtisara salınması səbəbindən Gürcüstanın Prezident Administrasiyası binasının işıqları kəsilib. Bununla bağlı prezidentin mətbuat katibi Manana Mandjqaladzenin yaydığı məlumatda deyilir ki, prezident administrasiyasının maliyyələşdirilməsində ixtisarlarla bağlı yeni büdcədə məcburi ölçülər qəbul olunub. Belə ki, prezident sarayının təhlükəsizliyini qorumaq üçün lazım olan ərazinin işıqlandırılması istisna olmaqla binanın xaricindəki işıqlandırma sistemi tamamilə söndürülüb: “Əsas xərclər xarici işıqlandırmaya aiddir, hədəf isə paytaxtımızı bəzəmək idi. Ancaq prezident administrasiyasının xərclərinin ixtisarını nəzərdə tutan yeni büdcəylə əlaqədar, biz işıqlandırmanı söndürməyə məcbur olmuşuq”.
İnformasiya şöbəsi


