Mövqelərimiz atəşə məruz qalıb

Atəşkəs Xocavənd,Cəbrayıl və Füzuli istiqamətindən pozulub
ANS Press-in məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Xocavənd rayonunun işğal olunmuş Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.