Müxalifət mandatlardan imtina edib mitinqlərə başlamağa hazırlaşır
Ukrayna parlamentinə seçkilərdə səslərin sayılması başa çatıb. Ancaq müxalifət partiyalarının nümayəndələri nəticələrlə razı deyil. Vitali Kliçko və Yuliya Timoşenkonun partiyaları yeni çağırış Radaya getməmək üçün siyahıları ləğv etmək məqsədi ilə qurultay çağırmaq istəyir. Bazar ertəsi Kiyev MSK-ı qarşısında miqint keçirilməsinə hazırlıq gedir. Namizəd siyahısında imtina etməyə hazırlaşan «Udar» partiyası öz qurultayında parlament seçkilərinin nəticələrini tanımadığı elan etməyə hazırlaşır. Partiyanın seçki qərərgahının rəhbəri Vitali Kovalçuk bildirib ki, hakimiyyət görünməmiş həyasızlıqla seçkilərin nəticələrinin müəyyən edilməsini məzhəkəyə çevirib. İnsanların iradəsinə tamamilə nifrət edirlər və açıq şəkildə ona məhəl qoymurlar. Onun fikrincə, yeni parlament vətəndaşların iradəsini əks etdirməyəcək. Kovalçuk qeyd edir ki, onun həmkarları parlamentə işləməyə gedir. Ancaq onlar Radanın Regionlar partiyasının dekorativ orqanına çevrilməsində iştirak etməyəcək.
Eyni zamanda «Batkivşina» partiyası da qazandığı mandatlardan imtina edir. «Udar» partiyasından daha çox səs topdayan «Batkivşina» da öz qurultayını çağırmağa hazırlaşır. Bazar ertəsi keçirilməsi planlaşdırılan qurultayın gündəliyində bir məsələ dayanacaq. Bu da oktyabrın 28-də keçirilən parlament seçkilərinin nəticələrinin tanınmamasıdır.
Bazar etməsi birləşmiş müxalifət həmçinin etiraz mitinqi də keçirməyə hazırlaşır.


