QOÇ
Günün ritmini tutmaqda çətinlik çəkəcəksiniz, nəticədə gülməli situasiyaya düşəcəksiniz. Bu gün sövdələşmələr aparmağa tələsməyin. Çünki məhz bu gün sizi asanlıqla aldatmaq olar, bunun üçün heç xüsusi hiylə işlətməyə ehtiyac olmayacaq.
BUĞA
Günün xoş olmayan saatlarından öz maraqlarınız üçün istifadə etməyə çalışacaqsınız. Lakin çətin planın qurulmasının özü də vaxt itkisilə nəticələnəcək. Digər tərəfdən, hamının qarşılaşmaq istəmədiyi situasiyaya özünüzü hazırlamış olacaqsınız.
ƏKIZLƏR
Sizin üçün əla gündür. Elə bir nailiyyətə imza atacaqsınız ki, başqaları bunu arzulamağa belə, cəsarət etmir. Yaranmış situasiyadan faydalanaraq mövqeyinizi möhkəmləndirin, lazım olan şəxslərlə münasibət qurun. Əməkdaşlıq müqaviləsi imzalamaq olar.
XƏRÇƏNG
Sizi çətin gün gözləyir. Gücünüzü toplayın, heç kimdən kömək gözləməyə dəyməz. Bunun da öz müsbət tərəfləri var: bu gün sərbəst hərəkət etməkdə heç kim sizə mane olmayacaq. Yaxınlarla mübahisədən qaçacaqsınız.
ŞIR
Vacib işlərə hazır olmaq üçün əla gündür. Ulduzlar asan qazanılacaq qələbə vəd etmir. Xırda məsələlərə diqqət yetirməyiniz vacibdir. Ailə münaqişəsi gözlənilir. Lakin buna siz səbəbkar olmayacaqsınız.
QIZ
Bəxtinizin gətirəcəyinə ümid etməyin. Istəyinizə çatmaq üçün birincisi zəhmətə qatlaşmalısınız, ikincisi də böyük təsirə malik xanımın köməyindən istifadə etməlisiniz. Günün sonunda hiss edəcəksiniz ki, enerjiniz tükənmək üzrədir.
TƏRƏZI
Tələsmək lazımdır. Neytral gündür, amma getdikcə pisləşəcək. O üzdən də işlərinizi başa çatdırmağa çalışın. Maliyyə işlərində xüsusi diqqət tələb olunur. Ehtiyatsızlıq üzündən itkiləriniz ola bilər. Yaxınlarınıza da qayğı və diqqət göstərməyə zaman ayırın.
ƏQRƏB
Əla gün yaşayacaqsınız. Bu gündən daha çox danışıqlar, görüşlərin keçirilməsi, yeni başlanğıclar üçün istifadə etməyiniz məsləhətdir. Diqqət mərkəzində olmaq sizin üçün su içmək kimidir. Əks cinsin nümayəndələri sizin diqqətinizi çəkmək üçün əllərindən gələni edir.
OXATAN
Yeni müttəfiqlər qazanacağınız gözlənilir. Bu əməkdaşlıqdan faydalanacağınız ehtimal edilir. Yaxınlarla aranızda mübahisə düşəcəyi bildirilir. Yeri gəlmişkən, mübahisəyə səbəb pul və ya əmlak mövzusu olacaq.
OĞLAQ
Ulduzlar qəzəbin yerini xoş anlarla doldurdular. Bu isə o deməkdir ki, işlərinizi qaydasına sala bilərsiniz. Yaxşı olar ki, diqqəti özünüzə tərəf çəkəsiniz. Buna nail olsanız, istər işgüzar, istərsə də şəxsi müstəvidəki işlərinizi səliqəyə sala bilərsiniz.
DOLÇA
Həyat gündən-günə yaxşılığa doğru dəyişir. Çətin və vacib məsələlərə diqqət yetirə bilərsiniz. Gününüzü elə qurun ki, dostların əhatəsində olmağa da vaxt qalsın. Bu zaman əylənmək üçün maraqlı mövzu tapacaqsınız.
BALIQLAR
Gərginlik və həyəcan üçün kifayət qədər əsasınız olacaq. Xırda xoşagəlməz hadisələr sizi təbdən çıxaracaq. Özünüz də başa düşürsünüz ki, bunların ardınca daha çətin situasiyalar sizi gözləyir. Gələcəklə bağlı planlarınızı bəyənməyən yaşlı qohumlarla aranızdakı münasibət korlanacaq.

Günün ulduz falı (04.11.12)
•