Bolqarıstanlı futbol hakimi Hristo Ristoskov qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılıb. Bolqarıstan Futbol Federasiyası bildirib ki, buna səbəb onun CSKA (Sofia) –Ludoqorets oyununda buraxdığı çoxsaylı səhvlərdir. 41 yaşlı keçmiş UEFA hakimi 2006-cı ildə Levski Sofia – CSKA oyunundan sonra 3 maskalı adam tərəfindən döyülmüşdü.
“Reurers” agentliyinin xəbərinə görə, ötən il isə o demişdi demişdi ki, 2007-ci ildə “Neftçi” (Bakı) – SV Ried (Avstriya) oyunundan qabaq ona 100 000 ABŞ dolları təklif olunmuşdu ki, oyunda tərəfkeşklik etsin, ancaq o, razı olmayıb. Amma keçmiş hakim bu məbləği hansı tərəfin ona təklif etdiyini söyləməmişdi.