Rusiya səfərindən qayıdan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ANS-ə müsahibəsində yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları Ittifaqından danışıb.
“Biz bütün təşkilatlara, o cümlədən Rusiyada yaranan yeni və köhnə təşkilatlara birmənalı yanaşırıq. Hər kimsə Azərbaycan vətəndaşıdırsa, Azərbaycan dövlətinə bağlıdırsa, çalışmalıdır ki, yaşadığı ölkə ilə Azərbaycan arasında münasibətlər normal olsun. Bu, qarşılıqlı maraqlara xidmət etsin. Azərbaycana əsassız təzyiqlər meydana çıxmasın. Həm daxildəki, həm də xaricdəki vətəndaşlar ona çalışmalıdırlar ki, Azərbaycan dövlətinin müstəqil siyasətinə təsir göstərən rıçaqlara xidmət etməsinlər”,- deyə Ə.Həsənov bildirib.
Rusiya Azərbaycan Təşkilatları Ittifaqını Rusiyada yaşayan bir qrup tanınmış azərbaycanlı yaradıb. Bu sırada dövlət başçısı Ilham Əliyevin qudasıÿ Araz Ağalarov, baş nazirin sabiq müavini ÿAbbas Abbasov, dramaturq Rüstəm Ibrahimbəyov, iş adamlarıÿVahid Ələkbərovÿ və Telman Ismayılovun da adı çəkilir (“Azadlıq” radiosu).
Hakimiyyət «milyarderlər»dən qorxduğunu etiraf etdi
•


