Milli Məclisə gedən bütün yollar nəzarətə götürlsə də, aksiya baş tutdu (FOTOLAR/VİDEO)
Kütləvi aksiyaların keçirilməsini daha da çətinləşdirmək üçün parlamentin iclasına müzakirəyə çıxarılan qanun layihəsinə ötən gün Ictimai Palata öz etirazını nümayiş etdirdi.
Qarşılıqlı xəbərdarlıq
Aksiya saat 12-yə, parlamentin önünə təyin olunmuşdu. Həmişəki kimi Bakı Şəhər Icra hakimiyyəti aksiyanın keçiriləcəyi barədə xəbərdarlığa formal və səhlənkar yanaşmış, aksiyanın keçirilməsini “məqsədəuyğun” saymamışdı.
Aksiyanın keçiriləcəyi barədə xəbərdarlığı imzalayıb meriyaya təqdim edənlər isə bir gün əvvəl Bakı Şəhər Baş Polis idarəsinə çağırılaraq hədələnmişdilər. Yəni onlara “aksiyanı keçirsəniz, dağıdacağıq” xəbərdarlığı verilmişdi.
Müxalifət isə israrlı oldu və dünən Bakıda növbəti etiraz aksiyasına imza atıldı.
Səhər saatlarından artıq parlamentin polis və mülki geyimli orqan əməkdaşları ilə əhatələnədiyi bəlli oldu. Daha sonra ordan hətta yolu keçən insanların saxlanıldığı, əraziyə daxil olmağa imkan verilmədiyi barədə xəbərlər gəldi. Bunu nəzərə alan AXCP üzvləri anında qərarlarını dəyişib, aksiya yerinə fərqli qaydada getməyi planladılar. 50-yə yaxın cəbhəçi izi azdırmaq üçün uzaq məsafədən bir marşurut avtobusa minib parlamentə doğru irəlilədilər.
Generalın əmri


Hər şey əvvəl çox yaxşı idi… Amma Rusiya səfirliyi önündə avtobus saxlananda çoxları barmağını dişlədi. DYP əməkdaşı guya sənəd yoxlanışı aparırdı. Sürücü hələ nə baş verdiyinin fərqində deyildi, eləcə də başqa sərnişinlər. Uzun mübahisələrin sonunda yol polisləri sərnişinləri yağışlı havada avtobusdan düşürməli oldu. Səbəb: sürücünün dediyinə görə, polislər generaldan belə əmr aldıqlarını bildiriblər. Hansı general, bu bilinmədi.
Aksiyaçılar və başqa sərnişinlər yağışın altında rejimi lənətləyə-lənətləyə növbəti avtobusu gözləyib ona doluşdular.
Yolkəsmə-2


Bu dəfə avtobus Mədəniyyət və Incəsənət Universitetinin yanına qədər irəliləyə bildi. Avtobusu dörd bir tərəfdən polislər əhatə elədi. Bu dəfə də yol polisləri idi. Onlar avtobusun qarşısını kəsib heç bir izah vermədən getməyi qadağan etdilər. Bu zaman polislərlə cəbhəçilər arasında qarşıdurma yarandı. Aksiyaçılar nəqliyyatın hərəkətini hansı səbəblə iflic etmələrinin hesabını soruşurdu. Polislər isə məzlumcasına “bizə belə deyiblər, neyləyək” söyləyirdilər.
Yolkəsmə-3


Cəbhəçilər cəld növbəti avtobusa mindilər. Bu dəfə elə avtobusun içərisinə məşvərət olundu və qərara gəlindi: növbəti dəfə eyni hal baş versə, elə ordandan aksiya başlanılır. Bu dəfə avtobus Texniki Universitetədək gəldi. Artıq işə çevik polis də qatışmışdı. Avtobusun önü kəsilən kimi aksiyaçılar cəld düşüb Hüseyn Cavid prosepekti boyunca yürüşə başladı.
Sərt rejim və sərt təbiətə boyun əyməyən insanlar


“Insan haqlarının məhdudlaşdırılmasına son qoyulsun”, “Sərbəst toplaşmaq azadlığımızın məhdudlaşdırılmasına yox deyirik”, “Parlament buraxılsın” və bu kimi plakatlar qaldıran cəbhəçilər şiddətli yağışa baxmayaraq coşqulu şüarlar səsləndirərək yürüşlərini davam etdilər. Kənar müşahidəçilər üçün çox təsirli səhnələr idi: aksiyaçılar polisin hər tərəfdən onları dartışdırmasına, ayaqlarının topuğa qədər suda olmasına baxmayaraq öz iradələrini ortaya qoyur; şüarlarını, tələblərini səsləndirirdilər. AXCP sədrinin müavini Gözəl Bayramlının öncüllük etdiyi bu etirazçı dalğa polisin şiddətli hücumu ilə yekunlaşdı. Aksiyada iyirmiyə qədər partiya fəalı saxlanıldı. Onların arasında AXCP sədrinin müşaviri Məmməd Ibrahim daxil olmaqla, Mirqubad Kərimov, Renad Nəcəfov, Tahir Mirzəliyev, Ilham Hüsyen, Əkrəm Babayev, Rüfət Əliyev, Elşən Babayev, Namiq Sərdarov, Eşlən Abbasov, Ülvi Quliyev, Təzəxan Mirələmli, Yusif Eminsoy, Adil Nərimanov, Hüseyn MehdixanovVüsal Bayramov və başqaları vardı.
Parlamentə doğru daha bir yürüş


Cəbhəçilərin aksiyası ilə eyni zamanda müsavatçıların “20 saylı məktəbin yanından” analoji şüar və plakatları qaldıraraq etirazlarını ifadə ediblər, parlamentə tərəf yürüşə başlayıb. Müsavat partiyasının Icra Aparatının rəhbəri Arif Hacılıdan aldığımız məlumata görə, fəallar polis qüvvələrinin və mülki şəxslərin müdaxiləsinə məruz qalıblar: “Ilkin məlumata görə, 15-dək fəal saxlanılıb. Onların arsında Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli, Xeyrulla Balaxanılı, Fərahim Abbaslı, Elçin Abdullayev və başqaları olub. Saxlanılanlar Yasamal rayon Polis Idarəsinin bölmələrinə aparılıb”.
Etirazların daha bir nöqtəsi


Saat 12 radələrində dağınıq formada da olsa parlamentin önündə də etiraz səslərini ucaldanlar olub. Onlardan AXCP fəalları Dəyənət Babayev, Kəmalə Bənənyarlı, ADP sədrinin gənclər məsələri üzrə müavini Cəmil Hacıyev və Şəhla Hacıyeva polis zorakılığına məruz qalıb, məcburi qaydada nəqliyyata mindirilərək ərazidən uzaqlaşdırılıblar.
Xanımlar Milli Məclis önündə etirazı davam etdirir

.jpg)
Etiraz aksiyası AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın Yevlax şöbəsinə sədrlik edən Şəkər Iskəndərli, AXCP Ali Məclisinin üzvü Zərifə Məhyəddinovanı parlament önündə polisin saxlaması ilə yekunlaşdı. Xanımlar çoxsaylı polisin əhatəsində IP-in tələbini səsləndirdilər, parlamentin saxta mahiyyətinə etirazlarını bildirdilər. Polislər onları PPX maşınlarına mindirərək uzaqlaşdırdılar.
Bütün saxlanılanlar təxminən iki saat sonra xəbərdarlıq edilərək buraxıldılar.
Qətnamə
.jpg)

Aksiyanın mediaya yayılan qətnaməsində qanuna edilməsi təklif olunan dəyişiklər 2013-cü il seçkiləri ərəfəsində siyasi rəqabət mühitinin boğulmasına, cəmiyyətin siyasi proseslərdə fəal iştirak imkanlarının məhdudlaşdırılmasına, eləcə də hakimiyyətin islahat və siyasi dialoqa hazır olmamasının göstəricisi kimi qiymətləndirilib: Bu dəyişiklik vətəndaşların hüquq və azadlıqların genişləndirilməsi, vətəndaş cəmiyyəti və müxalifətlə islahatlar naminə əməkdaşlıq əvəzinə, siyasi repressiya kursunun seçilməsi mövcud rejimin tərəqqiyə, modernləşməyə qabil olmadığını nümayiş etdirir və Azərbaycanda dinc, demokratik dəyişikliklərin mümkünlüyünə inamı sarsıdır.
Piket iştirakçıları Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsini pisləyir və demokratik prosesləri boğmağa yönəlmiş mürtəcə dəyişiklikləri qəbul etməməyə çağırırlar”.
Ictimai Palatanın mövqeyi
Ictimai Palata da aksiyadan sonra bəyanatla çıxış edib. Bəyanatda göstərilir ki, IP MM-in binası qarşısında keçirilən piketin baş tutduğunu bəyan edir, piketin dağıdılmasında iştirak edən polis əməkdaşlarının qanun qarşısında cavab verməsini tələb edir.
Natiq


