Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin tələbi əsasında Tbilisidəki iqamətgahını boşaltmaqdan imtina edib
«Prezident sarayı prezidentə məxsusdu, vətəndaş Saakaşvilinin şəxsi əmlakı deyil. Bu saray prezildentin işi üçün nəzərdə tutulub» – bu bəyanatla dövlət başçısının mətbuat xidmətinin rəhbəri Manana Manciqaladze çıxış edib. Konstitusiyaya əsasən, Gürcüstant prezidentinin səlahiyyəti yeni prezident seçiləndən sonra başa çatır. Yeni prezitdent seçkiləri isə 2013-cü ilin oktyabr ayında keçiriləcək – deyə Manciqaladze xatırladıb. Qeyd edək ki, bir müddət əvvəl İvanişvili Gürcüstan prezidentinə Tbilisinin Dövlət Kargüzarlıq binasına köçməyi təklif etmişdi. Baş nazirin fikrincə, prezident sarayının xərcləri çoxdu. Bu qədər qaçqın və yoxsulun olduğu ölkədə isə prezidentin sarayda yaşaması normal deyil.