Rusiyanı düşmən elan edən respublikaçı namizəd oğlunu Moskvaya göndərib
ABŞ-da keçiriləcək prezident seçkilərinə 3 gün qalmış respublikaçı namizəd Mit Romniyə ciddi itkilər gətirəcək məlumat yerli media tərəfindən yayımlanıb. Rusiya və prezident Vladimir Putinə qarşı sərt mövqeyi və çıxışlarıyla tanınan, Rusiyanı ABŞ-ın “bir nömrəli düşməni” elan edən Romninin əslində Kreml rəhbəri ilə yaxın münasibətlər qurmağa çalışdığı bəlli olub. Onun Rusiyada da biznes qurmaq cəhdləri göstərdiyi barədə xəbərlər yayılıb.
“The New York Times” qəzetinin yazdığına görə, respublikaçı namizədin oğlu Met Romni bu həftənin əvəllərində Moksvaya səfərə edib. Səfərin məqsədi isə biznes əlaqələrinin qurulması olub. Oğul Romni özünün “Excel Trust” şirkətinə rusiyalı investorları cəlb etmək üçün Moskvada danışıqlar aparıb. Qəzet bildirir ki, Met Romni Moskvada mühüm biznes adamları ilə görüşlər keçirib. Bununla yanaşı o, görüşdüyü iş adamlarından atasının xüsusi mesajının Rusiya prezidenti Vladimir Putinə çadtrılmasını istəyib.
“The New York Times” qəzetinə məlumat verən mənbə bildirib ki, Mit Romni Putinə seçki kampaniyası zamanı Rusiyaya qarşı sərt ittihamların seçicilərdən səs qazanması üçün səsləndirdiyi barədə mesaj göndərib. Prezident seçiləcəyi təqdirdə isə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olacağını deyib.