Putinin vəziyyəti ağırdır?

Rusiya prezidentinin səhhətində ciddi problemlərin yarandığı, işə çıxmadığına dair iddiaalr yayılıb

Ötən ayın əvvəlindən bu yana xarici səfərlərini təxirə salan, daxili gəzintilərini isə ləğv edən Rusiya prezidenti Vladimir Putinin səhhətiylə bağlı müxtəlif iddialar dolaşmaqdadır. Yayılan iddialara görə, Putin durnalarla uçarkən keçmişdə almış idman zədəsi yenidən baş qaldırıb. Bu səbəbdən də səhhətində ciddi problemlər yaranan Putin bir neçə gündür ki, ictimaiyyət qarşısında çıxmır. Hətta onun Kremlə belə gəlmədiyi deyilir.

Reuters” informasiya agentliyinin Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, hətta prezidentin səhhəti çox ağırdır. Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə bu məlumatların yalan olduğunu bildirib. O, prezidentin sentyabr ayında idman zədəsi aldığını və məşq zamanı əzələ dartılması yaşadığını bildirib.

Qərb mediası Putinin səhhətiylə bağlı müxtəlif məlumatlar yayıb. Qeyd olunur ki, Rusiya prezidentinin səhhətində ciddi problemlər olmasaydı o, daxili və xarici səfərlərini təxirə salmazdı. Hakimiyyətə həddən artıq düşkün kimi tanınan Putin in Kremlə belə gəlməməsi onun səhhətinin nə dərəcə ağır olduğuna işarədir.