Moskvada Gülnarə Kərimovanın $10 mln. mənzili əlindən alınıb
Mənzilə həbs qoyulmasına səbəb «MTS» ASC-nin törəmə şirkətinin Özbəkistanın telekommunikasiya bazarından sıxışdırılıb çıxarılması ilə bağlı açılan cinayət işi olub. Rusiya mətbuatının məlumatına görə, Kərimova Moskvadakı mənzilini 2003-cü ildə alıb. O zaman «Kamelot» yaşayış kompleksində olan mənzilin qiyməti $1,5-2 mln. idisə, hazırda $10 mln. dəyərində qiymətləndirilir.
«MTS» şirkəti Özbəkistan hakimiyyətini bu ölkədə onun biznesinə maneələr törətməkdə ittiham edir.
Xatırladaq ki, bir müddət əvvəl Kərimova İsveçin TeliaSonera operatoru ilə bağlı qalmaqalda da adı hallanırdı. Bu şirkət Özbəkistanda çirkili pulların yuyulması və rüşətdə ittiham olunurdu.