ABŞ kəşfiyyatının yüksək-rütbəli agentlərindən biri öz avtomobilində ölü tapılıb. “Guardian”ın yaydığı xəbərə görə, 22 ildir ABŞ kəşfiyyatında xidmət göstərən 47 yaşlı Rafael Prieto prezident Barak Obamanın mühafizəsi ilə məşğul olurdu.
Son zamanlar əcnəbi ölkə vətəndaşlarından biri ilə münasibətinin olması iddialarına görə sorğu-sual edilən Prietonun intihar etdiyi güman edilir. ABŞ kəşfiyyatının qanunları qulluqçularını xarici ölkə vətəndaşları ilə əlaqəyə girməyi qadağan edir (ann.az).