Dövlət Departamentinin səfiri Bakıya gəlir

Dövlət Departamentində Qlobal Qadın məsələləri üzrə səfir Melanne Verveer noyabrın 2-dən 12-sinə kimi Azərbaycan, Gürcüstan, Polşa və Ukraynaya səfər edəcək  O, Bakıda noyabrın 2-dən 5-nə kimi olacaq. Verveer Bakıda  hökumət rəsmiləri və ictimai fəallarla görüşəcək. Görüşlərdə Cənubi Qafqazda qadınların qarşılaşdığı problemlər və bu problemlərin həllinə ABŞ-ın hansı köməyi göstərə biləcəyi müzakirə olunacaq.