KXCP-də fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyası noyabrın 1-də növbəti iclasını keçirib. Fraksiyanın həmtəsisçisi Rafiq Abdullanın sədrliyi ilə keçən iclasda ictimai-siyasi vəziyyət, eləcə də fraksiyanın təşkilatlanması, fəaliyyətinin normativ-hüquqi bazasının formalalaşdırılması və digər məsələlər müzakirə olunub. Fraksiya müzakirələrin yekununda Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir : “Biz “Demokratik Birlik” fraksiyasının həmtəsisçiləri olaraq, mövcud hakimiyyətin Elçibəyin ölümü ilə bağlı yaratdığı süni ajiotajı, siyasi spekulyasiyanı qətiyyərlə pisləyir, onun perik ruhunun rahat buraxılmasını, hüquq mühafizə orqanları vasitəsilə başladılmış “zəhərlənmə” adlanan şounun dayandırılmasını qətiyyətlə tələb edirik. Eyni zamanda, ölkədə yüz minlərlə Elçibəysevərlərin narahatlığını və hiddətini nəzərə alaraq Elçibəyin qəbrinin açılması, nəşinin ekskumasiyası kimi mənəviyyatsız hərəkətdən imtina etməyi, o cümlədən Elçibəyin ailəsinin sözügedən məsələ ilə bağlı istəklərinin yerinə yetirilməsini tələb edirik.
Eyni zamanda sözügedən məsələ ilə bağlı KXCP rəhbərliyinin mövqeyinin kifayət qədər aydın olmamasına təəssüf edir və arzu edirik ki, KXCP rəhbərliyi də “zəhərlənmə” adlanan siyasi şou ilə bağlı aydın, birmənalı və qətiyyətli mövqe nümayiş etdirsin”.
“Demokratik Birlik” fraksiyası Elçibəyin zəhərlənməsi iddiasına qarşı çıxdı
•