Henrick Croner150207-big

Belçika azərbaycanlılarına böyük dəstək

Henrick Croner150207-bigBeynəlxalq Avropa Hərakatının keçmiş baş katibi həmyerlilərimizin təsis etdiyi təşkilata qoşuldu

Belçikada təsis olunmuş tarixində Belçika Azərbaycanlıları Cəmiyyəti (BAC) artıq ilk uğuruna imza atıb. Azərbaycan ictimaiyyətinin və mediasının yaxından tanıdığı Beynəlxalq Avropa Hərəkatının keçmiş baş katibi Henrik Kröner yeni yaradılan cəmiyyətə üzv qəbul olunub. BAC prezidenti Rəşad Xasayoğlunun sərəncamıyla Henrik Kröner təşkilatın beynelxalq əlaqələr üzrə vitse prezident təyin edilib.

Henrik Kröner 1970 – ci ildə Bonn Universitetinin İqtisadiyyat fakultəsini bitirib və master dərəcəsinə yüksəlib. Səkkiz il Avropa Ticarət Palatasında baş katib vəzifəsində çalışıb. Hazırda “Van Luiksenhof Partners” şirkətinə rəhbərlik edir. Şirkətin hökumət münasibətləri , Avropa İttifaqı institutları ilə əlaqələrin baş ekspertizası ilə məşğul olur.
O, həmçinin siyasi məsələlər üzrə baş məsləhətçi , siyasi məruzəçi , Avropa İnsitutlarinda yüksək səviyyəli təcrübəli analitikdir.

Qeyd edək ki, Rəşad Xasayoğlu vaxtı ilə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin baş katibi kimi fəaliyyət göstərmiş və Henrik Krönerin baş katibi olduğu zamanlar birgə fəaliyyət göstərmiş və onu Azərbaycana dəvət etmişdir.