Stadionda Rövnəq Abdullayevi ələ saldılar

 «Avropadakı QAZımızla fəxr edirik. İmza SOCAR»

Dünən keçirilən “Sumqayıt” – “Xəzər Lənkəran” oyununda azərkeşlərlə bağlı maraqlı anlar yaşanıb. Belə ki, cənublu fanatların açdığı bannerə polislər müdaxilə edib. “Caspian Ultras” fan qrupunun açdığı banneri SOCAR-ın əməkdaşı stadiondan aparıb. Fan qrup uzvlərinə başqa bannerləri açmağa imkan verməyiblər. Bannerdə «Avropadakı QAZımızla fəxr edirik. İmza SOCAR» sözləri yazılıb. Azarkeşlər “QAZ” sözü ilə ikibaşlı replika atmaqla Avroliqada çıxış edən “Neftçi” klubunu nəzərdə tutblar.

Həmçinin cənublu fanatlarla sumqayıtlı azərkeşlər arasında da insident yaşanıb. Səbəb isə lənkəranlı bir azərkeşin çılğın hərəkətlərinin rəqib komandanın tərəfdarının müdaxilə etmək istəməsi olub. Fanatlar arasında düşən dava polisin müdaxilə etməsi ilə başa çatıb.

Stadionda istefa qışqıranlar olub. Belə ki, bir qrup “Xəzər Lənkəran” fanatı klub rəhbərliyini istefaya çağırıb.

Avrofutbol.com