Liviya parlamentini silahlılar tutub

Etirazçılar Qəddafi hakimiyyətinə qulluq edənlərin yeni hökumətdə təmsil olunmasına qarşıdırlar

Onlarla silahlı insan Liviya parlamentinin binasını tutub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar ötən gün seçilmiş hökumətə etirazlarını bildirib. Ondan artıq artilleriya qurğusu quraşdırılmış maşın isə parlamentə gedən yol boyu düzülüb.
Ehtimal olunur ki, silahlı insanlar Mistar və Tripolidən gəlib. Onlar Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin hakimiyyəti zamanı hökumətdə təmsil olunanların yeni kabinetə düşməsi ilə razılaşmadıqlarını bildirib.

İnformasiya şöbəsi