Araşdırmalar göstərib ki, Katmandudakı Şeçen kilsəsindən olan 66 yaşlı rahib Metyu Rikard dünyanın ən xoşbəxt insanıdır. Qırx il əvvəl Hindistanda buddizmi öyrənmək məqsədilə Parisi tərk edən Metyu hazırda Dalay-lamının yaxın ətrafına daxildir. Eyni zamanda Qərbdə tanınmış dini lider kimi qəbul edilən Metyunun sirri isə gündəlik meditasiyadır. M.Rakardı Viskonsis Universitetində müayinə edən nevroloq Riçard Devidson maraqlı nəticələrə gəlib. Belə ki, məlum olub ki, 66 yaşlı rahibin meditasiyası zamanı onun beyni xeyli sayda qamma-dalğalar ötürür ki, bu da beyinin ümumi fəaliyyətinə müsbət təsir göstərir. Bir sözlə meditasiya beyinin fəaliyyətini gücləndirərək xohbəxtlik hissini bir neçə dəfə artırır.
İnformasiya şöbəsi