Budaq Budaqov vəfat etdi

Coğrafiya İnstitutunun direktoru, Azərbaycanın tanınmış elm xadimi, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, akademik Budaq Budaqov vəfat edib. Akademik bu gün 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Budaq Budaqov oktyabrın 24-də gecə saatlarında çox ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin pisləşməsinin səbəbi şəkərin sürətli yüksəlməsi olub. Mərhum akademik 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub.