Vestervel Türkiyə ilə danışıqları bərpa etməyə çağırdı

Almaniyanın xarici işlər naziri Qido Vestervel Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqları bərpa etməyə çağırıb. Çərşənbə axşamı Berlində yeni Türkiyə səfirliyinin açılışında iştirak edən nazir Avropa Birliyi ilə Türkiyə arasında yeni mərhələ açılacağına ümidlə yanaşdığını bildirib. Mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.