humanitar-yuk

Rusiya Əliyevin yardımını qəbul etmir

humanitar-yukDərbəndə göndərilən humanitar yük gömrükdə saxlanılıb

Azərbaycandan Dərbəndə göndərilən humanitar yük Rusiyanın gömrük orqanları tərəfindən saxlanılıb. Qəzetimizə verilən məlumata görə, humanitar yardım Dərbənddə baş verən təbii fəlakətdən 2 gün sonra, yəni oktyabrın 19-da göndərilib.
Elə həmin gündən də yük gömrükdə saxlanılıb. Məlumatlarda iddia olunur ki, humanitar yardıma daxil olan qızdırıcı və soyuducular geri qaytarılıbr. Rusiyanın gömrük orqanları sözügedən məişət cihazlarının standartlara uyğun olmadığını bildirib. Məlumatda o da qeyd olunub ki, yükü gətirən maşınlar artıq geri qayıdıb.
Yükün hansı səbəbdən gömrükdə saxlanılmasına isə heç bir əsas göstərilmir.

Informasiya şöbəsi