Nigar Yaqublu siyasi məhbus elan olundu

Müsavat Partiyasının üzvü, hazırda həbsə olan gənc fəal Nigar Yaqublunun adı siyasi məhbus siyahısına salınıb. Bu barədə N. Yaqublunun atası Tofiq Yaqublu Facebookda məlumat yayıb. O, bildirib ki, Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus məlumat vedib ki, Kristofer Ştrasser Nigar Yaqublunun adını siyasi məhbuslar siyahısına salıb.

Qeyd edək ki, Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.