İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo və komandanın futbolçusu Kriştianu Ronaldu Fransa PSJ-si ilə danışıqlar aparır. Bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri yazıb. Xəbərdə bildirilir ki, PSJ rəhbərliyi portuqaliyalıları almaq üçün pul kisəsinin ağzını açmağa hazırdır. Klubun qətərli sərmayəçiləri daha öncə Tiaqo Silva və Zlatan İbrahimoviç kimi futbolçuları alıb.
Joze Mourinyo və Kriştianu Ronaldu ilə bağlı xəbər təsdiqini tapsa, bu, dünya futbolunu yerindən oynadacaq olay sayılacaq (Lent.az).