KXCP Nərimanov rayon şöbəsinin bir qrup fəalı fraksiyada iştirak qərarı verdi
Klassik Xalq Cəbhəsi Partiyasının Nərimanov Rayon Şöbəsinin bir qrup fəalı yığıncaq keçirərək partiyadakı “Demokratik Birlik” fraksiyasının fəaliyyətinə münasibət bildiriblər. Yığıncağın gündəliyində dayanan iki məsələ – Ictimai-siyasi vəziyyət və fraksiyaya münasibət barədə çıxış edən KXCP üzvləri Novruz Quliyev və Tofiq Məmmədov partiyanın hazırki siyasi kursunun sıravi üzvləri və partiya fəallarını qane etmədiyini, KXCP-nin milli-demokratik düşərgədən təcrid olunduğunu, partiyanın tədricən real müxalifət imicini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığını qeyd edib.
O, yaranan problemlərin aradan qaldırılması istiqamətində “Demokratik Birlik” fraksiyasının fəaliyyətini yüksək qiymətləndirib. Yığıncaq iştirakçıları fraksiyanın fəaliyyətini yekdilliklə dəstəkləyib və onun fəaliyyətində fəal iştirak etmək barədə qərar qəbul ediblər. Qərarı KXCP Nərimanov Rayon Şöbəsinin üzvləri – Novruz Quliyev, Tofiq Məmmədov, Çingiz Quliyev, Ilham Əliyev, Mənsur Ibadov, Zeynal Quliyev, Səfər Fəttayev, Elçin Quluzadə və başqaları imzalayıb.