Beynəlxalq təşkilat MTN-i ifşa etdi

Amnesty International: «Onlar internet əlaqələrini ələ keçirmək üçün xüsusi proqramlardan istifadə edirlər»

Amnesty International təşkilatı noyabr ayında Bakıda keçiriləcək yeddinci illik Internet Idarəetmə Forumu ərəfəsində Azərbaycanla əlaqədar məlumat yayıb.Məlumatda təşkilatın Azərbaycan üzrə rəsmisi Max Tucker qeyd edib ki, forumun Azərbaycanda keçirilməsinə dərin istehza ilə yanaşılır. “Bu ölkədə hökumət nə vaxt istəsə  bloggerləri həbs edir,  sosial şəbəkələrdə fəaliyyət göstərən adamları ruhi xəstə kimi təqdim edir”, – o  bildirib.
Həmçinin qanunvericiliyin Internet və sosial mətbuat azadlığına qoyduğu məhdudiyyətlər və Internet istifadəçilərinin nəzarət altında olması barədə məlumat var.
“Onlayn Ifadə Təşəbbüsü” adlanan, ölkədə Internetə mövcud olan məhdudiyyətlərə nəzarət edən yerli QHT-lər birliyinə istinad edərək Amnesty International qeyd edir ki, “Internet provayderləri Rabitə və Informasiya Texnologiyası Nazirliyi tərəfindən təchiz olunan məlumat ayıran proqramlar quraşdırır. Bu proqramlar istifadəçilərin Internet tətbiqinə nəzarət etmək və onların əlaqələrini ələ keçirmək üçün birbaşa Milli Təhlükəsizlik Nazirliyi tərəfindən icra olunur”, – məlumatda deyilir.
Təşkilat həmçinin bəyan edir ki, bu nəzarəti yerinə yetirmək üçün rəsmi göstəriş lazım olsa da qanunda bu göstərişi istifadəçiyə və ya provayderə təqdim etməyə heç bir zərurət yoxdur. Internet televiziyası və radiosunun tənzimləməsi haqqında qanun layihəsinə görə “ifadə azadlığına de-fakto məhdudiyyət funksiyası olmamalıdır”. Internet Idarəetmə Forumu noyabrın 6-dan 9-dək Bakıda keçiriləcək.