İraq da Suriyaya uçan təyyarəni endirdi

İrana aid hava gəmisi Bağdada yoxlandıqdan sonra uçuşa davam edib

Türkiyədən sonra İraq da Suriyaya uçan təyyarələri Bağdad hava limanına endirib. Suriyaya silah-sursat daşımaqda şübhəli bilinən İran təyyarəsi Bağdada enməyə məcbur edilib. Təyyarədə yoxlanış aparılıb. İraq Aviasiya Şirkətinin rəsmisi Nasir Bəndər təyyarənin Bağdad aeroportunda enməyə vadar edilən İran təyyarəsinə yoxlandıqdan sonra uçmağa icazə verildiyini bildirib.