Oktyabrın 28-də AXCP Naxçıvan MR Təşkilatının qərargahında İctimai Palatanın Naxçıvan Muxtar Respublika Təşkilatı növbəti yığıncağını keçirib. Yığıncaqda yeni üzvlərin qəbul məsələsinə baxılıb və İP-ə 23 nəfər yeni üzvlər qəbul olunub.
Bundan başqa ölkədə və muxtar respublikada ictimai-siyasi vəziyyət, 20 oktyabrda Bakıda gənclərin keçirdiyi mitinq zamanı qadınlara qarışı polis zorakılığı, mitinqdə iştirak edən gənclərin həbsi, Azərbaycanda müstəqilliyini qoruyub saxlayan “Azadlıq” qəzetinin sıradan çıxarılması üçün hakimiyyətin attığı addımlar müzakirə olunub. Habelə muxtar respublikada son dövrlər daha da şiddətlənən özbaşınalıqlara, qanunsuzluqlara, məmur özbaşınalığına və DYP-nin qanunsuz olaraq muxtar respublikada avtomobil sahiblərini məcburi qaydada avtomobillərinin dövlət nömrə nişanını dəyişəməyə məcbur etməsinə münasibət bildirilib.
AXCP sədri, İP Koordinasiya Şurasının üzvü Əli Kərimli telefon vasitəsilə yığıncağa qatılıb.
Yığıncaqda AXCP-nin sədr müvini Asəf Quliyevdə iştirak edib. O, Azərbaycandakı içtimai-siyasi vəziyyət, İP-in yarandıqdan bu günə qədər gördüyü işlər barədə çıxış edib.
Sonda müzakirə olunan məsələlərlə bağlı bəyanat verilməsi haqda qərar qəbul olunub.
Bəyanatda bildirilir ki, Azərbaycanda, eləcədə MR insanlara qarşı polis, məmur özbaşınalıqları, insanlara fərqli düşüncələrinə görə basqılar, karrupsiya və rüşvətxorluq, azad mətbuata təzyiqlər davam etməkdədir.
20 oktyabr mitinqi zamanı polislərin aksiyada iştirak edən qadınlara qarşı milli-mənəvi dəyərlərimizə, mentalitetimizə yaraşmayan hərəkətlər edib, dinc aksiya keçirən gənclərin bir neçə sutkalıq həbs cəzasına məhkum olunub.
Oktyabrın 22-də Yasamal rayon məhkəməsi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın «Azadlıq» qəzeti və Ramin Dekoya qarşı qaldırılmış iddiasını qismən təmin edib. Məhkəmə qəzetin təkzib verməsini, dəyən mənəvi zərərə görə «Azadlıq» qəzetindən 30 min, qəzetin əməkdaşı Ramin Dekondan isə 2 min manat pul əvəzinin tutulmasını qərara alıb.
Son dövrlər DYP-i muxtar respublikada avtomobil sahiblərini dövlət nömrə nişanı 85 seriya ilə başlamayan avtomobillərinin nömrələrini dəyişdirməyə məcbur edir. Bu azmış kimi dövlət nömrə nişanının dəyişdirilməsi 18 manat olduğu halda onlardan 350-380 manat pul tələb olunur ki, bu da karrupsiyanın yeni formasıdır. Avtomobil sahiblərinə təzyiq göstərilərək avtomobilərinin dövlət nömrə nişanını könüll şəkildə dəyişdirmək istəmələri haqda ərizlər alınır.
İP Naxçıvan MR təşkilatı baş verənlərin Azərbaycan hakimiyyətinə və yerli hakimiyyətə baş ucalığı gətirmədiyini bildirir. Həbsdə olan gəncləri dərhal azadlığa buraxmağa, aksiya zamanı qadınlara qarşı etik normalara sığmayan hərəkətləri edən şəxsləri cəzalandırmağa, azad mətbuata basqıları dayandırmağa, vətəndaşlara qarşı yönələn qanunsuz hərəkətlərə son qoymağa çağırıb.
E.Abbasov