Rus Pravoslav Kilsəsindən ayrılaraq müstəqilliyini elan edən Kiyev Ortodoks Patriarxlığının patriaxı Filaret Rusiya paytaxtı Moskvanın yaxın 30 ildə müsəlmanların şəhəri olacağını söyləyib. Patriarx Ukrayna paytaxtı Kiyevin “üçüncü Roma”ya çevriləcəyini bildirib. Filaret Moskva əhalisinin 31 faizinin müsəlmanlar təşkil etdiyini və miqrasiyanın artmasıyla İslam dininin Rusiya paytaxtında birinci din olacağını deyib.
Əlavə edək ki, “Üçüncü Roma” anlayışı Roma İmperatorluğu və ondan sonra “İkinci Roma” kimi təqdim olunan Bizansdan sonra Rusiyanın Ortodoks dünyasının mərkəzi olmasını ifadə edir.