Bütün siyasi qüvvələri bir araya gətirmək iddiasında olan memorandum hazırlandı
Azərbaycanın tanınmış 15 seçki mütəxəssisi, hüquqçusu ötən gün ictimaiyyətə yeni bir memorandum təqdim etdilər. Memorandumu imzalayanlar Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Rəşid Hacılı, Erkin Qədirli, Əsabəli Mustafayev, Ələsgər Məmmədli, Xalid Bağırov, Gülağa Aslanlı, Ənvər Əliyev, Mirəli Hüseynov, Anar Məmmədli, Mənsum Bayramov, Ilqar Hüseynli və Hafiz Həsənovdur. Amma memorandum açıqdır, onu bəyənən hər kəs imzasını ata bilər. Sənədin təqdimatında danışan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İctimai Birliyinin rəhbəri Anar Məmmədli bildirdi ki, artıq bir çox siyasi qurumların sənədlə bağlı ilkin xoş məramı ilə tanışdılar. Onlar əmindir ki, bu memaranduma sekçi sisteminin təkminləşməsində maraqlı olan əksər siyasi qüvvələr imza atacaq. Anar Məmmədli bildirdi ki, hakim qüvvə ilə də bu memarandum ətrafında danışıqlar, müzakirələr aparmağa hazırdılar.
Azərbaycandakı seçki sisteminin böhranlı vəziyyətindən söz açan sənədin həmmüəllifləri Vidadi Mirkamal, Hafiz Həsənov dedilər ki, 2013-ci il seçkilərinə az zaman qaldığı bir vaxtda hakimiyyət təcili qanunvericilik islahatlarına başlamalıdırlar.
Bu islahatların onların hazırladığı memarandumda əsk olunduğunu vurğulayan natiqlər dedilər ki, onlar altı istiqamətdə islahatları vacib sayırlar. Bu istiqamətləri və təklif olunan islahatları isə onlar öz subyektiv fikirləri əsasında deyilı, seçkilərlə bağlı beynalxaql səbnədlərə istinad edərək hazırladıqlarını dedilər.
Memorandum barədə danışan Gülağa Aslanlı və Mirəli Hüseynov onun reallaşdırılmasını Azərbaycan hökuməti üçün də bir fürsət kimi qiymətləndirdilər. Onların sözlərinə görə bu sənəddə göstərilənləri hakimiyyət ciddiyə alsa, islahatlara başlasa imicinin müsbətə dəyişməsi istiqamətinə böyük addım atmış olar.
Sənəd müəllifləri seçki sistemində yaranan böhranlı vəziyyətə görə beynəlxalq təşkilatları da tənqid etdilər. Onların sözlərinə görə ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi ölkələrin də Azərbaycanda azad və ədalətli seçki keçirilməsi ilə bağlı məsuliyyəti var. Lakin bu qurumlar eləcə də seçkilərlə bağlı əsas məsul qurum- Venetsiya Komissiyası Azərbaycanda fəaliyyətsizlik içindədirlər, 2008-dən bəri onlar faktiki heç bir təşəbbüslə çıxış etmirlər. Müəlliflər adıçəkilən qurumlarla da işgüzar əlaqələrin bərpasında maraqlı olacaqlarını bəyan etdilər. Onlar eyni zamada seçki sistemi ilə bağlı narahatlığı olan bütün qüvvələrin iştirakı ilə müzakirələrin başlamasını da növbəti tədbirlər sırasında olduğunu dedilər.
Vidadi Mirkamal memorandumu demokratik konsildasiya üçün bir vacib sənəd kimi də qiymətləndirdi. O, dedi ki İctimai Palatadan kənarda olan qüvvələr də bu sənəd ətrafında cəmləşə bilər.
Memorandumun özünə gəldikdə…
1992-ci ildən sonra Respublikada Qərb standartlarına cavab verən azad, ədalətli və şəffaf seçkilərin keçirilmədiyini, 1998 və 2003-cü ildə qəbul olunmuş seçki qanunvericiliyi aktlarının və 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın demokratik maddələrinin sonradan olunan dəyişikliklər hesabına daha da mürtəce hala salındığı vurğulanan sənəddə göstərilir ki, cəmiyyətdə bu hallara görə seçki yolu ilə dəyişikliklər edilməsinə olan inamın azalıb. Buna görə də Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokraik seçki mühitinin formalaşdırılması sahəsində əsaslı islahatların aparılması məqsədilə Azərbaycan xalqına, siyasi partiyalara, seçki sahəsində fəaliyyət göstərən QHT-lərə memorandumun müzakirəsinin keçirilib, vahid mövqenin ifadə olunmasını faydalı hesab edilir.
Yuxarıda qeyd etdiyimiz kimi memorandumda 6 istiqamət nəzərdə tutulur.
Onlardan birincisi seçki sisteminin dəyişdirilməsidir. Göstəriliri ki, seçkilərin yalnız mojaritar seçki sitemi əsasında keçirilməsi siyasi partiyaların inkişafına mənfi təsir edir, onların siyasi sistemdə yeri və rolunu azaldıb Buna görə təklif edilir ki, seçki sistemi bərabər əsasla qarışıq seçki sistemi (proporsional və mojaritar seçki sistemi) ilə əvəz edilməlidir.
İkinci istiqamət seçki komissiyalarının tərkibinin yeni prinsiplər əsasında formalaşdırılmasıdır. Təklif olunur ki, komissiyalara etimadın olması üçün onlar və seçki komissiyalarındakı vəzifələr əsas siyasi qüvvələrin bərabər təmsiliçiliyi əsasında balanslaşdırılmış qaydada təşkil olunmalıdır.
Üçüncü istiqamət namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin təkmiləşdirilməsi ilə bağlıdır. Sənəddə göstərilir ki siyasi partiya və siyasi partiyalar bloku parlament və bələdiyyə seçkilərində hər bir seçki dairəsi üzrə namizəd irəli sürmək üçün ayrıca qərar və başqa zəruri sənədlər təqdim etməlidir. Bu da həmin qurumlar tərəfindən namizədlərin irəli sürülməsi prosesinin xeyli çətinləşdirir: “ Prezident seçkilərində namizədin müdafiəsi üçün seçici imzalarının toplanması üçün sərt şərtlərin oması (imzalar 60 seçki dairəsinin hər birindən azı 50 imza olmaqla toplanmalı, bir seçici bir imza verə bilər) xeyli sayda seçici imzalarının etibarsız hesab edilməsinə imkan verir.
-Namizədlərin müdafiəsi üçün seçici imzalarını və digər sənədləri yoxlayan işçi qrurunun tərkibi müstəqil ekspertlərdən təşkil edilmədiyindən potensial namizədlərin qeydiyyatından qanunsuz imtina edilir. Eyni zamanda namizədlərin qeydiyyatından imtinanın əsaslarına dair bəzi müddəaların ümumi xarakter daşıması da qeydiyyatdan əsassız imtinaya imkan verir”.
Bunları aradan qaldırmaqçün təklif olunur ki
• Parlament və bələdiyyə seçkilərində siyasi partiyalar və siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin qeydiyyatı siyasi partiyalar və siyasi partiyalar blokunun qərarı ilə təsdiq edilən namizədlərin siyahısı əsasında aparılmalıdır.
• Prezident seçkilərində namizədin müdafiəsi üçün seçici imzaları heç bir kvota olmadan toplanmalı, seçicilər eyni zamanda digər namizədlərə də imza vermək hüququna malik olmalıdır. Qeydiyyatdan keçmiş və ölkənin ən azı 33%-də təşkilatı olan siyasi partiyaların namizəd irəli sürmək imkanı tanınmalıdır.
• Namizədlərin qeydiyyatı üçün seçici imzalarının və digər sənədlərin düzgünlüyün yoxlayan işçi qrupunun tərkibi müstəqil ekspertlərdən ibarət təşkil edilməli, qeydiyyatdan imtinanın əsasları konkret olmalı və qeydiyyatın alternativ variantı kimi qeydiyyat depoziti tətbiq olunmalıdır.
Dördüncü istiqamət seçkiqabağı təşviqat kampaniyası üçün ədalətli hüquqi mühitin təmin olunması ilə bağlıdır.
Təklif olunur ki…
• Seçki kampaniyasının müddəti 120 günədək uzadılmalıdır.
• Təşviqat müddəti 60 günədək uzadılmalıdır
• Sərbəst toplaşma azadlığı ilə bağlı qanunvericiliyin və Seçki Məcəlləsinin seçkiqabağı təşviqat məsələlərini tənzim edən mücərrəd və məhdudlaşdırıcı normaları ləğv edilməlidir.
• Dövlət büdcəsindən maliyyələşən bütün elektron KİV-lərdə efir vaxtının müddəti və şərtləri genişləndirilməli, inzibati resurslardan istifadəyə nəzarət və sanksiyalar gücləndirilməlidir.
Beşinci istiqamət kimi seçki hüquqlarının pozulmasına dair şikayətlərin ədalətli və qanuni araşdırılması qeyd olunub.
Memorandumda bildirilir ki, qanunvericilik seçki hüquqlarının pozulmasına dair şikayətlərin baxılması müddətlərini artırmağa imkan verir. Bu da şikayətlərin baxılmasının operativliyini və səmərəliliyini azaldır. Şikayətləri araşdıran seçki komissiyaları və seçki komissiyalarının nəzdindəki ekspert qrupları , habelə məhkəmələr müstəqil olmadıqlarından şikayətləri obyektiv və qərəzsiz araşdırmırlar. Şikayətlərin verilməsi üzrə normalar sadə xarakter daşımadığından hüququ pozulan hər kəs üçün apellyaasiya imkanları əlçatan deyil.
Odur ki təklif olunur: Seçki şikayətlərini müstəqil faktaraşdırıcı qrup araşdırılmalı, sikayətlərə baxılması müddəti minimuma endirilməli, şikayətlərin tərtibi və baxılması qaydaları sadələşdirilməlidir.
Nəhayət sonuncu istiqamət səsvermə və səslərin sayılması prosesinin şəffaflaşdırılmasıdır. Onu zəruri edən səbəblər kimi qanunvericilikdə səsvermə prosesinin həyata keçirilməsinin qeyri-şəffaf olması
• Səslərin sayılmasına məşvərətçi səshüquqlu komissiya üzvlərinin və müşahidəçilərin nəzarət etməsinə imkan yaradılmaması praktikası
• Seçici siyahılarına və əlavə siyahılara nəzarət mexanizminin olmaması göstərilir. Buna görə də tkilif edilir ki, səsvermə və səslərin sayılması prosesi şəffaflaşdırılmalı, səslərin paralel sayılması mexanizmi tətbiq edilməlidir.
Natiq