Oxot dənizində üzən Amurski gəmisiylə əlaqə kəsilib
Oxot dənizində üzən 700 ton qızıl tozu daşıyan yük gəmisi yoxa çıxıb. 11 nəfərlik ekipaj üzvü olan Amurski yük gəmisylə əlaqə kəsilib. Dənizdə firtına qopduğundan gəmisinin batması narahatlığı yaranıb. Cənubi Saxalin Xilasetmə Mərkəzindən “Ria Novosti”yə verilən açıqlamada Amurski gəmisinin mərkəzə fövqəladə vəziyyət siqnalı göndərdiyi bildirilib. Mərkəz gəmiyə doğru xilasetmə qrupunun göndərildiyini açıqlayıb.