Türkiyədə ABŞ-ın nüvə bombalarının olduğu iddialarına daha biri əlavə olunub. İranın dövlət televiziyası “Press TV” məlumat yayıb ki, ABŞ Türkiyənin cənubundakı bir hərbi bazaya 70 qədər B61 nüvə bombası saxlayır.
“Nakhel” adlı ərəb informasiya agentliyinə istinadla verilən xəbərdə “Türkiyədəki mənbələr bombaların İncirlik bazasında saxlandığını bildirir”, – deyə iddia olunur.
Xəbərdə “3.53 metr uzunluğu, 320 kq ağırlığı olan Termo nüvə bombaları ABŞ-ın ən strateji silahlarından biri olaraq qiymətləndirilir”, – deyə bildirilir.
Məlumatda o da qeyd olunur ki, Türkiyədə ABŞ qüvvələrinin idarə etdiyi NATO radar sistemləri yerləşir və bunlar Türkiyədən çox İsrailin mənafeyinə xidmət edir.