“Parlament buraxılsın” tələbi ilə oktyabrın 20-də Fəvvarələr meydanında icazə verilməmiş aksiyaya çıxdıqlarına görə həbs olunmuş daha iki nəfər bu gün gecə saatlarında azadlığa buraxılıb. Bunlardan biri AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlidir. Onu saat 22 rdələrində azad ediblər. Onunla eyni saatda buraxılmalı olan AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının azad edilməsi isə saat 23-ə qalıb və nəhayət, o da azad olunub.
Bu barədə VHP gənclərinin lideri Samir Əsədli öz sosial şəbəkədəki səhifəsində məlumat verib.
Qeyd edək 7 sutka həbs cəzası alan fəallar iki gün öncə azad ediliblər (musavat.com).