50 kv.m sahədə polietilen borular hazırlanması üçün istifadə olunan xammal yanıb
Bu gün səhər saatlarında Sumqayıt şəhərində ümumi sahəsi 800 kv.m olan polietilen boru hazırlanan sexin içərisində 50 kv.m sahədə polietilen borular hazırlanması üçün istifadə olunan xammal yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sexin qalan hissəsi və içərisindəki məhsullar yanğından mühafizə olunub.
Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnformasiya şöbəsi