MHP Çöhrəqanlı və Rəbiyə Kadiri qurultayına dəvət etdi

Türkiyənin Milliyətçi Hərəkat Partiyası 4 noyabrda keçiriləcək qurultayına Türkiyəyə giriş izni olmayan Şərqi Türkistanın lideri Rəbiyə Kadiri və Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlını dəvət edib.
Bu qurultayda əsas rəqabətin MHP-nin indiki lidri  Dövlət Baxçalı ilə yeni namizəd Koray Aydın arasında olacağı gözlənilir.
Qurultayda MHP-nin dəvətliləri Azərbaycanın güneyi və quzeyindən, Şərqi Türkistandan, Bolqarıstan və Ruminyadan, Kırımdan, Şimali Kipr Türk Resublikasından, Axıska türklərindən,  Moldova, Kosova, Makedoniya, Bosnya və Hersoqovina, Yunanıstan, İraq, İran, Suriya, Almaniya, Belçika, Çenoqoriya kimi ölkələrdən olacaq. Amma dəvətlilər içərisində ən çox diqqət çəkən Türkiyəyə giriş izni olmayan Mahmudəli Çöhrəqanlı və Rəbiyə Kadirin adlarıdır.

Kadir və Çöhrəqanlı Türkiyəyə girə biləcəklərmi?

MHP-nin bu iki lideri dəvət etməsi AKP-nin öz qurultayına Şimali İraqdaki kürdlərin lideri Məsud Bərzanini fəxri qonaq qismində dəvət etməsinə cavab kimi şərh edilir, amma AKP-nin buna cavabı bəlli deyil.
“Azadlıq”ın Ankara təmsilçisi hər ikim liderlə telefon əlaqəsi saxlayaraq, dəvətə münasibətlərini öyrənib. Həm Çöhrəqanlı, həm də Rəbiyə Kadir viza üçün Türkiyə səfirliyinə müraciət edəcəklərini deyiblər.

Aydın Taş –Ankara