Bakıda qəzet satışına qadağa

Polislər əl yayımına mane olur

Bakıda Post Patrul Xidmətinin əməkdaşları qəzet satışına mane olur. Bu barədə “Azadlıq”a məlumat əl yayımı ilə məşğul olan firmalardan daxil olub.
Məlumatda deyilir ki, Post Patrul Xidmətinin əməkdaşları əvvəllər qəzet satıcılarının hərəkətə mane olmalarını əsas gətirərək onların fəaliyyətinə imkan vermirdilər.
Amma indi artıq açıq şəkildə bildirirlər ki, ümumiyyətlə qəzet satmaq olmaz. Post Patrul Xidmətinin əməkdaşlarının sözlərinə görə, Bakı Şəhər Baş Polis Idarəsindən onlara göstəriş gəlib ki, paytaxt küçələrində qəzet satışına imkan verməsinlər.