Berluskoni 4 il həbs cəzası verildi

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni növbəti dəfə məhkəməyə cəlb edilib. Milan məhkəməsi ona vergidən yayınma və maliyyə fırıldaqçılığı ittihamları ilə 4 il azadlıqdan məhrumetmə cəzası verib. Məhkəmə qərarı ilə Berluskoni 3 il müddətinə bütün ictimai vəzifələrindən məhrum edilib. Onun ictimai fəaliyyəti bu müddətdə yasaqlanıb.
Türkiyənin NTV televiziyasının yaydığı məlumata görə, 2006-cı ildən başlayan, əvvəllər siyasi gücünə görə qarşısını ala bildiyi, amma sonunda uduzduğu məhkəmənin qərarına etiraz edib, bunu İtaliyanın nüfuzuna zərbə sayıb. “Bu qərar siyasi, qıbul edilməz və inanılmazddır. Bu demokratiya deyil və belə davam edə bilməz. Bəzi hakimlərin üzündən bu ölkə barbar və mədəniyyətsiz bir hala gəlir”, – deyə o bildirib.

Informasiya şöbəsi