Sergey Lavrov: «Liviya təcrübəsini nəzərə alsaq, İrana qarşı da hərbi müdaxilə mümkündür»
“Rusiya BMT Təhlükəsizlik Şurasına Irana qarşı hərbi müdaxiləyə icazə verəcək qətnamənin qəbuluna imkan verməyəcək”. APA-nın IRIB-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Liviyada olduğu kimi Irana qarşı da hərbi addım atıla bilər:”Liviya təcrübəsini nəzərə alaraq demək olar ki, Irana qarşı da hərbi müdaxilə mümkündür. Bu baxımdan biz BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək bütün qətnamələrə qarşı son dərəcə diqqətli olacağıq”.
S.Lavrov deyib ki, Iranın nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirilir: “Tehranın nüvə proqramından hərbi məqsədlər üçün istifadəsinə dair heç bir informasiya yoxdur.
Iran nüvə yanacağı əldə etmək üçün uranı 4.5 % zənginləşdirməklə məşğuldur”.