Obamaya 5 milyonluq təklif

Məşhur milyonçu prezidentdən diplomunu nümayiş etdirməsini istəyib

Amerikalı məşhur milyoçu Donald Trump prezident Barak Obama maraqlı təklif verib. O, prezidentdən universitet sənədlərini və diplomunu ictimaiyyətə açıqlamasını istəyib və buna görə Obamaya 5 milyon dollar verəcəyini deyib. Trump Obamanı ölkə tarixinin qeyri-şəffaf prezidenti adlandırıb. Milyonçu prezidentin bu təklifi dəyərləndirəcəyinə inandığını deyib.

Onun sözlərinə görə, Obama ondan istənilən sənədləri açıqlasa cəmiyyət ölkə başçısının şəffaflığına inanacaq. Obama isə Trumpu ciddi qəbul etməyərək milyonçunun təklifinə rədd cavabı verib. Prezidentin sözlərinə görə, miloynçununun çıxışları və təklifləri uşaqlıq əlamətidir: “Biz belə şeyləri Keniyada uşaq olarkən edirdik”