İş adamının sözçüsü: “Onun iş iş rejimində hər hansı dəyişiklik yoxdur”
Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan, əməkdar hüquqşünas, professor İlham Rəhimov Moskvada olan ailəsini Azərbaycana gətirib. Bunu “AzNews.az” saytı xəbər verir. Xəbərə görə, buna ermənilərin ASALA terror təşkilatının İ.Rəhimovun ailəsinə qarşı təhdidləri səbəb olub. Professor ailəsini bu təhdidlərdən qorumaq üçün övladlarını ölkəmizə gətirmək məcburiyyətində qalıb.
Sayt bunu zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsində İlham Rəhimovun da vasitəçilik etdiyi haqda məlumatlarla əlaqələndirir.
Ramil Səfərov Azərbaycana gətirilərək əfv edildikdən sonra ASALA azərbaycanlı diplomatları, tanınmış iş adamlarını terrorla hədələyib.
İlham Rəhimovun sözçüsü Xanoğlan Əhmədov isə “Azadlıq”a açıqlamasında deyib ki, yayılam məlumat əsassızdır. O, iş adamının və ailəsinin həyatına hər hansı təhdidin olmadığını bildirib. Onun sözlərinə görə, İ.Rəhimovun fəaliyyətində, iş rejimində heç bir dəyişiklik yoxdur.