Amerikalı səfirdən ölkəsi haqda sürpriz açıqlama

“ABŞ texnoloji inkişaf baxımından kiçik ölkədən geridə qalıb”

Amerikalı səfir Maykl K. Polt on illik diplomatik fəaliyyətindən sonra ölkəsinə geri dönüb. Polt uzun müddət ölkə xaricində müxtəlif postlarda çalışdıqdan sonra ABŞ-a qayıtdıqda maraqlı açıqlamalar verib. O, ABŞ-ın texnoloji inkişaf baxımından kiçik ölkədən geri qaldığını deyib. Fəaliyyətinin son illərində Estoniyada yaşayan diplomat bu ölkədə elektron sənədləşmənin geniş yayıldığını və sürətli internetin bütün ölkəni əhatə etdiyini söyləyib.

Maykl K. Polt öz bloqunda yazıb ki, Estoniyada insanlar bürökratik məsələlərə daha az vaxt sərf edir, nəinki ABŞ-da. Onun yazdığına görə, Estoniyada insanlar evlərində rahat otura-otura müxtəlif xidmətlərdən yararlana bilirlər. Diplomat bildirib ki, internet xidmətləri baxımından ABŞ-ın daş dövründə olduğunu söyləmək olar. Ölkədə kağızdan daha çox istifadə olunması, idarələrdə uzun növbələrin yaranması bürokratik problemlərə artırır. Bunların həlli üçünsə elektron sənədləşmə və xidmətlərin keyfiyyətini artırnmaq lazımdır.