Laqonda daşı evində təmir aparan kişinin boğazını kəsib
Sumrayıtda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Mobil Rüstəmov evinin qarşısında təmir işləri görən zaman laqondanın kəsici daşı sınaraq boğaz nahiyəsində damarını kəsib. Nəticədə M.Rüstəmov hadisə yerində ölüb.