Elşad Abdullayev yeni bombalar partlatmağa hazırlaşır
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yeni videoları yaymağı hazırlaşır. Bu barədə “Azadlıq”a Elşad Abdullayevin özü bildirib. “Bəzi videolar var onun üzərində işləyirəm və yəqin ki, yaxın vaxtlarda ictimaiyyət həmin videolarla tanış olacaq”, – deyə sabiq rektor vurğulayıb.
Elşad Abdullayev əlavə edib ki, növbəti video da təbii olaraq qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə müstəqil şəkildə apardığı araşdırmalar zamanı çəkilib. Sabiq rektor deyir ki, yaymağa hazırlaşdığı video fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı olacaq. “Mən müraciətlərimdə qeyd etmişdim ki, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adından mənimlə danışıblar. Həmin videoda da məhz bu söhbətlər əks olunub”, – deyə Elşad Abdullayev bildirib.
Informasiya şöbəsi