1 manatlıq simkart-lar satışdan yığışdırılıb?

Son günlər ticarət şəbəkələrindən 1 manatlıq simkart almaq istəyən “Azercell” abunəçiləri “Yoxdur” cavabı alırlar. Niyə? “Media forum” saytı bu sualı “Azercell Telekom” MMC-nin mətbuat xidmətinə ünvanlayıb. Mətbuat xidmətinin açıqlamasında deyilir: “Azercell Telekom” MMC abunəçilərin öz balansını artırmağı üçün müxtəlif vasitələr təklif edir. Abunəçilər MMC-nin internet səhifəsi və digər internet ödəmə səhifələri, bankomatlar və banklar, eləcə də paypoint və ödəmə kartları vasitəsilə öz balanslarını istənilən məbləğə artıra bilərlər.

Alternativ ödəmə vasitələrindən istifadənin artmasını nəzərə alaraq MMC ödəmə kartlarının istehsalını da müvafiq qaydada tənzimləyir. Hazırda dövriyyədə olan ödəmə kartları sırasında 1 manat məbləğində olan kartlar olmasa da, abunəçilər bu məbləği internet və ya digər yuxarıda sadalanan alternativ vasitələrlə ödəyə bilərlər”.