ABŞ-da insan səsi ilə oxumağı bacaran balina tapılıb (FOTO/VİDEO)

Amerikalı alimlər balinaların danışa bildiyini dünyaya sübut edib. San-Diyeqoda araşdırmaçılar ağ balina insan səsinə bənzətdiyi səsləri yazıb. Bioloqlar arasında əvvəllər də dəniz məməlilərinin insan kimi danışa bilməsi ilə bağlı versiyalar var idi. Ancaq heç kim səsləri yazmağa müvəffəq olmamışdı.

 

Nok adlı danışan balinanı dəniz məməliləri milli fondunun prezidenti Sem Ridjvey aşkar edib. Fondun əməkdaşları xeyli müddət əvvəl heyvanların olduğu baseyndən insan səslərinin gəldiyini müşahidə edib. Ancaq bu səsi çıxaran heyvanı tapmaq elə də asan olmayıb. Bunu təsadüfən aşkar etmək mümkün olub. nok adlı balna ilə üzən dayver qəfil sudan çıxıb «mənə kim dedi sudan çıxıb?» soruşub. Bundan sonra alimlər danışan balinanı tapdığını anlayıb. Bu balinanın qeyri-adi bacarığı hələ 1984-cü ildə aşkarlanıb. 1979-cu ildə isə alimlər Vankuverdə öz adını tələffüz edən balina aşkarlamışdı. Bu heyvan həm də rus və alman dilinə bənzər səslər də çıxarmağı bilirdi.

azadliq.info