20 oktyabr aksiyasında həbs edilənlərə azadlıq tələbi

Beynəlxalq Haqq və Ədalət Assosiasiyası oktyabrın 20-də ictimai-siyasi fəalların “Parlament buraxılsın” tələbilə keçirdiyi dinc aksiyaya qarşı polis zorkılığı ilə bağlı etiraz bəyanatı verib.

Bəyanatda deyilir ki, vətəndaşların konstitusion hüquqlarından istifadə etməsinin qarşısı bu dəfə də polis və naməlum mülki geyimlilər tərfindən alınıb. Bu və bundan əvvəl baş vermiş etiraz aksiyalarına hakimiyyətin dözümsüz, aqresiv münasibəti bir daha Azərbaycanda   qeyri–demokratik , anti–humanist rejimin mövcud olmasını göstərir.

20 oktyabr aksiyasında 100-dən çox iştirakçı saxlanılıb, 13 nəfər bir neçə sutkalıq həbsə məhkum edilib.

Beynəlxalq Haqq və Ədalət Assosiasiyası qeyri–qanuni olaraq həbs edilmiş dinc alsiya iştirakçılarının siyahısını BMT-nin baş qərargahı Cenevrədə yerləşən İnsan Haqqları Kommisiyasına, Avropa Şurası Parlament Assambleyasının 300 millət vəkilinə, Amnesty İnternational, Human Rights Watch kimi tanınmış beynəlxalq təşkilatlara göndərərək onların pozulmuş hüquqlarının  bərpasına çağırır.  

Beynəlxalq Haqq və Ədalət Assosiasiyası eyni zamanda, beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanda anti–humanist, qeyri–demokratik rejim nümayəndələrinə qarşı sərt sanksiyalar tətbiq etməyə, həmin şəxslərin korrupsiya yolu ilə əldə etdikləri avropadakı bank hesablarının dondurulması və onlara qarşı viza qadağasının tətbiq edilməsinə çağırır.