BP-nin direktorlar şurası TNK-BP şirkətindəki payın Rusiya dövlət neft şirkəti Rosneftə satılmasına razılıq verib. Razılığa əsasən Rosneft BP-nin payı üçün 27 milyard dollar ödəyəcək. BP TNK-BP-dəki payının 50 faizini nağd pul və səhmlərin kombinasiyası müqabilində satacaq.
Britaniya şirkəti 11-13 milyard dollar arasında nağd pul və Rosneft şirkətinin səhmlərinin 15-20 faizini alacaq. Rosneftin səhmlərinin ümumi dəyəri 73.4 milyad dollar təşkil edir. Bu tranzaksiya BP-ni Rosneftin səhmlərinə sahib olan ikinci ən böyük şirkət edəcək (“Amerikanın səsi”).