Bakının mərkəzində villa yandı

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus hazırda təmir olunan, hər mərtəbəsi 400 kvadrat metr olan üçmərtəbəli mansard tipli fərdi yaşayış evinin mansardında yanğın başlayıb. Yanğın mansardın yanar konstruksiyalarını 20 kvadrat metr sahədə əhatə edib.

Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.