ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir

ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi Filipp Vervi noyabrın əvvəllərində Azərbaycana gələcək.

Bu barədə APA-ya ABŞ səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. Filipp Verfi noyabrın 6-9-da Bakıda keçiriləcək İnternetin İdarə Edilməsi Forumuna qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.